AZ

Çin Tayvan məsələsində xarici qüvvələrin müdaxiləsinə müqavimət göstərmək niyyətindədir

Pekin Tayvan məsələsinə xarici qüvvələrin müdaxiləsinin qarşısını almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Çin hökumətinin 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 3-cü sessiyasının açılışında yayılan hesabatında deyilir.

“Biz Kommunist Partiyasının yeni dövrdə Tayvan probleminin həlli ilə bağlı ümumi strategiyasına sadiq olmalıyıq. Biz “Tayvanın müstəqilliyi” tərəfdarlarının separatçı hərəkətlərinə qəti şəkildə qarşıyıq. Biz xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxacağıq və Tayvan boğazının iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişafına kömək edəcəyik”, - hesabatda deyilir.

Seçilən
47
apa.az

1Mənbələr