AZ

Monteneqronun turizm gəlirləri 20 ildə ilk dəfə azalıb

Bakı. Trend:

Monteneqronun turizm gəlirləri son 20 ildə ilk dəfə azalıb.

Trend xəbər verir ki, bubarədə Monteneqro Statistika İdarəsinin (Monstat) və Mərkəzi Bankınməlumatlarında deyilir.

Bildirilir ki, Monteneqro ötən il turizmdən 1,46 milyard avrogəlir əldə edib və bu rəqəm 2023-cü ildəki göstəricidən 3,6 faizazdır. 2020-ci il pandemiyası istisna olmaqla, turizm gəlirləri ilkdəfə azalıb.

Keçən il ölkəyə 2,6 milyon turist səfər edib, 15,6 milyongecələmə qeydə alınıb. Turistlərin sayı əvvəlki illə müqayisədəazalıb. Monteneqroya ən çox Serbiyadan, daha sonra isə Bosniya vəHerseqovina, Rusiya və Türkiyədən turistlər gəlib.

Mərkəzi Bankın məlumatına görə, Monteneqroda ticarət kəsiriartaraq 3,4 milyard avroya çatıb və bu da ümumi turizmgəlirlərindən 2,5 dəfə çoxdur.

Seçilən
28
4
az.trend.az

6Mənbələr