AZ

"ACWA Power" Azərbaycanla enerji saxlama sistemi layihəsinin həyata keçirilməsi üzərində işləyir (ÖZƏL)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycan hökumətiilə birlikdə Akkumulyator Enerji Saxlama Sistemi (BESS) layihəsininnövbəti mərhələsinin həyata keçirilməsi üzərində işini davametdirir.

Bu barədə Trend-ə "ACWA Power"in Azərbaycandakı biznesininkişafı üzrə direktoru Polina Lyubomirova məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin may ayında "ACWA Power" vəAzərbaycanın Energetika Nazirliyi 200 MVt gücündə BESS layihəsininhəyata keçirilməsi ilə bağlı saziş imzalayıb.

"Biz Azərbaycanın Energetika Nazirliyi, Bərpa Olunan EnerjiMənbələri üzrə Agentlik və “Azərenerji” ASC ilə sıx əməkdaşlıqedirik ki, layihənin inkişafında irəliləyiş əldə edək. Bu, ölkəüçün strateji əhəmiyyət daşıyan təşəbbüsdür. Bərpa olunan enerjisektorunun genişləndirilməsi üçün bu layihə kritik əhəmiyyət kəsbedir", – deyə Lyubomirova bildirib.

O qeyd edib ki, "ACWA Power"in kompleks biznes modeli sayəsindəşirkət enerji saxlama sahəsində əhəmiyyətli əlavə dəyər yaradır vəhazırda istismar, tikinti və müqavilə bağlanması mərhələsində olanlayihələrin ümumi tutumu dünya üzrə təxminən altı giqavatt-saataçatır.

""ACWA Power"in genişmiqyaslı enerji layihələrinin işlənibhazırlanması, maliyyələşdirilməsi, tikintisi və istismarı, eləcə dəşəbəkə tezliyinin tənzimlənməsi, texniki dəstək və qabaqcılhəllərin tətbiqi sahəsindəki zəngin təcrübəsinə əsaslanaraq, biz bubilik və bacarıqlarımızı Azərbaycanla bölüşməkdən məmnunuq", – deyəbiznesin inkişafı üzrə direktor vurğulayıb.

O əlavə edib ki, yüksək sürətli akkumulyator enerji saxlamasistemləri artıq bütün dünyada geniş tətbiq olunur.

"Bu baxımdan, Azərbaycanın enerji sistemi üçün də batareyaəsaslı enerji saxlama həllərinin tətbiqi iqtisadi cəhətdənsəmərəlidir. Bu sistemlər neft və qaz istehlakını, ümumilikdə isəbərpa olunan enerji mənbələrində – külək və günəş enerjisində –yaranan dalğalanmaları tarazlaşdırmaq üçün istifadə edilən fosilyanacaqların həcmini azaltmağa imkan verir. Hazırda biz hökumətləbirlikdə layihənin növbəti mərhələsinə keçidlə bağlı işləraparırıq", – deyə o bildirib.

X: @Lyaman_Zeyn

Seçilən
63
2
az.trend.az

3Mənbələr