AZ

UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinin ilk oyunlarına dörd görüşlə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları dörd görüşlə yekunlaşacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə "Feyenoord" klubu "İnter"i Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

"Bavariya" "Bayer Leverkuzen" klubu ilə, "Benfika" komandası "Barselona" ilə, PSJ isə "Liverpul"la qarşılaşacaq. Qarşılaşmaların start fiti Bakı vaxtı ilə gecə yarısı saat 00:00-da səslənəcək.

Qeyd edək ki, cavab görüşləri mart ayının 11 və 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

5 mart

21:45 - "Feyenoord" - "İnter".

6 mart

00:00 - "Bavariya" - "Bayer Leverkuzen";

00:00 - "Benfika" - "Barselona";

00:00 - PSJ - "Liverpul".

Mənbə: oxu.az

Seçilən
17
1
oxu.az

2Mənbələr