AZ

Danla Bilic "Beşiktaş"ın yeni ulduzu ilə sevgilidir - FOTO

Sosial medianın ən tanınmış simalarından biri olan Danla Biliçin Beşiktaşlı futbolçu ilə eşq yaşadığı iddia edilir.

YouTube kanalında məşhurları qonaq edən Danla Biliçin son günlərdə verdiyi eşq etirafı sosial mediada böyük əks-səda doğurub.

"Mənimki çox açıq şəkildə yazır, 'damla damla damlarsan' deyə. Mənim gizlətmək kimi bir şansım yoxdur. Bu arada ilk dəfə etiraf edəcəyəm. Emirhan bunu yəqin ki, inkar edəcək, amma 'damla damla damlarsan, dəyərimi itirəndə anlayarsan' cümləsi mənim ona dediyim sözlər idi. O, da mənə mahnı yazdı və sonra hər yerdə 'mən ona yazmadım' deyə danladı."

İdman jurnalisiti Mehmet Üstündağ "Danla "Beşiktaş"a yeni transfer olunan Emirhan Topçu ilə həftə sonu iki günlük Batumiyə gedib. Hava limanına ayrı-ayrı gəliblər. Batumidə onu görən dostlar var", - deyə bildirib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
35
15
milli.az

10Mənbələr