AZ

Kafedə müştərini bakalla vuran şəxs məhkəmə zalından həbs edildi

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Salahovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, “Emin” şadlıq sarayının yaxınlığında yerləşən icarə kafedə qeydə anılıb.

 

Belə ki, Əkbər Salahov icarə əsasında işlətdiyi kafedə müştəri qismində əyləşən zərərçəkmiş Tahir Quliyevlə (şərti) mübahisə edib. Buna səbəb isə zərərçəkmiş verdiyi sifarişin pulunun çox olmasına irad bildirməsi olub. Təqsirləndirilən şəxs bunu bəhanə edərək, ona nalayiq ifadələr işlədib, stolun üzərindəki şüşə materialdan olan pivə bakalını Tahirin alın nahiyəsindən qəsdən vurub.

 

Hadisədən sonra Əkbər Salahov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.mmədo

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 5 Mart 2025, 08:49   
Seçilən
44
pravda.az

1Mənbələr