AZ

Tramp bəzi ölkələrə cavab rüsumları tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp aprelin 2-dən idxal olunan mallara yeni, cavab rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritetləri barədə danışarkən bildirib.

Prezident vurğulayıb ki, o, əvvəlcə tariflərin tətbiqi tarixini aprelin 1-nə təyin etmək istəyib, lakin “Axmaqlar” günü ilə əlaqəli olmamaq üçün onu aprelin 2-nə keçirmək qərarına gəlib:

“Əgər məhsulunuzu Amerikada istehsal etməsəniz, Tramp administrasiyası dövründə tariflər ödəyəcəksiniz və bəzi hallarda bu, olduqca əhəmiyyətli olacaq. Digər ölkələr onilliklərdir ki, bizə qarşı tariflərdən istifadə edir və indi onlara qarşı istifadə etmək növbəsi bizdədir.

Orta hesabla, Avropa İttifaqı, Çin, Braziliya, Hindistan, Meksika və Kanada bizdən fərqli olaraq daha yüksək tariflər tələb edir. Bu son dərəcə ədalətsizlikdir. Çinin mallarımıza orta tarifi bizdən iki dəfə, Cənubi Koreyanınkı isə dörd dəfə yüksəkdir. Bir düşünün: dörd dəfə yüksəkdir! Eyni zamanda, biz Cənubi Koreyaya böyük hərbi və digər yardımlar göstəririk. Amma bizimlə etdikləri məhz belədir”.

Tramp həmçinin qeyd edib ki, yeni tədbirlər Amerika bazarını haqsız rəqabətdən qorumaq məqsədi daşıyır.

Seçilən
51
2
report.az

10Mənbələr