AZ

Bunu ilk dəfə o etmişdi... - Niyazi Mehdi haqqında

Kulis.az mərhum fəlsəfə elmləri doktoru, ədəbiyyatşünas Niyazi Mehdi haqqında Rahid Uluselin "Azərbaycan fəlsəfəsində Niyazi Mehdi" adlı yeni yazısını təqdim edir.

Fəlsəfi düşüncə dili və mədəniyyətinin yaranması uzun çəkən prosesdir. Biz bu yöndə çox gecikmişik. Dünyanın fəlsəfi düşüncə həyatında inqilabi dönüş yaradan XVII, XVIII, XIX əsrləri, demək olar ki, Mirzə Fətəli Axundzadə çağınadək boşuna keçirmişik. Bizdə bu yüzilliklərdə poeziya cəh-cəh vuranda, fəlsəfə lal idi. Ona görə də XX əsrin əvvəllərinin mütərəqqi Azərbaycan mətbuatı o dili açmağa nə qədər çalışsa da, sovet dönəmində fəlsəfəyə yabançı ideologiyanın pərçim edilməsi o prosesi yarımçıq qoymuşdu. Yalnız yetmiş-səksəninci illərdən başlayaraq, müstəqillik dövründə isə bir zərurətə çevrilərək aktuallaşan milli fəlsəfi dil və düşüncə yaradıcılığı Azərbaycan mədəniyyəti orqanikasında hərəkətə gəldi. Onu məqsədyönlü və inadlı şəkildə hərəkətə gətirən təməlçilərdən biri bu günlərdə aramızdan getmiş filosof Niyazi Mehdi idi... Mən ona əski türk gələnəyi ilə “Bilgə” deyəndə utanırdı. Fəqət nəinki Bilgə, həm də Bilgəliyə örnəkdi Niyazi Mehdi! Haqqında həmişə indiki zamanla danışılası Niyazi Mehdi!

Seçilən
29
kulis.az

1Mənbələr