AZ

Yolun ortasında girinc qalan sürücü tormoz verib təhlükə yaratdı - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də, paytaxtın 28 May küçəsində qeydə alınıb.

Belə ki, 90-NA-037 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə çatan zaman qəfildən əyləci basaraq son anda sola dönməyə çalışıb. Bu zaman görüntünü qeydə alan avtomobilə təhlükəli anlar yaşadıb. Sürücü səs siqnalı ilə xəbərdarlıq edən zaman, o, düzünə hərəkət edərək növbəti yolayrıcından geriyə dönməyə məcbur olub.

 

Fərid

Seçilən
48
avtosfer.az

1Mənbələr