AZ

“BAXIŞ - 5” festivalının açılış mərasimi olub

Martın 4-də Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının “BAXIŞ - 5” festivalının açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov festivalın əhəmiyyətindən danışıb. O bildirib ki, dörd gün davam edəcək festival çərçivəsində laboratoriyalarda hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.

Daha sonra festivalın ilk tamaşası – Aleksandr Puşkinin “Motsart və Salyeri” əsəri nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Anar Atakişiyevdir.

Qeyd edək ki, əsas rolları Əli Nurzadə və Məhəmməd Gülmalıyev canlandırıblar.

Seçilən
16
1
kulis.az

2Mənbələr