AZ

Tramp qrenlandiyalılara müraciət etdi: Sizi zəngin edəcəyik

ABŞ prezidenti Donald Tramp Qrenlandiya xalqının ABŞ-a qoşulma qərarını bəyənəcəyini bildirib.

İki sahil” xəbər verir ki, o, Nümayəndələr Palatası və Konqres Senatında ABŞ-dakı vəziyyət, daxili və xarici siyasətin prioritetləri haqqında çıxış edərək deyib: "Bu axşam mənim də gözəl Qrenlandiya xalqına bir mesajım var. Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Bunu etmək qərarına gəlsəniz, sizi ABŞ-da salamlayacağıq".

“Bizə milli və hətta beynəlxalq təhlükəsizliyimiz üçün Qrenlandiya lazımdır və biz buna nail olmaq üçün bütün maraqlı tərəflərlə işləyirik. Düşünürəm ki, biz bu və ya digər şəkildə buna nail olacağıq. Biz sizi qoruyacağıq. Sizi zəngin edəcəyik. Birlikdə Qrenlandiyanı heç vaxt təsəvvür etmədiyiniz zirvələrə aparacağıq", - deyə Tramp Qrenlandiyanın ABŞ-a qoşulmasından danışarkən vurğulayıb.

ABŞ prezidenti bundan əvvəl bir neçə dəfə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib. O, Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələdi. Hətta ilk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif etmişdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd edir.

Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Müqaviləsi imzalayıblar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb. Burada raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarət vəzifələrini yerinə yetirən Amerikanın Pituffik kosmik bazası yerləşir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr