AZ

Zelenski geri çəkilir: Ukrayna bu gün ABŞ-ın istədiyini verəcək?

Ağ Evdəki məlum mübahisədən sonra ABŞ-ın Ukraynaya hərbi yardımlarını dayandırması o qədər də təəccüblü olmadı: Tramp bununla faydalı qazıntılarla bağlı sazişi imzalamaqdan imtina edən Zelenskiyə demarş edir, həm də müharibənin başa çatması – danışıqlar masasının qurulmasına zəmin yaradır.

Vaşinqtonun bu addımı fonunda Ukraynanın mövqeyinə müəyyən korrektlərin etdiyi müşahidə edilir. Oval ofisdə fəlakətli görüşdən təəssüfləndiyini dilə gətirən Zelenski bir neçə diqqətçəkən bəyanat verib.

- Sülh əldə etmək üçün prezident Trampın güclü liderliyi altında işləməyə hazır olduqlarını bildirib, hətta “yol xəritəsi” də təqdim edib: ilkin mərhələdə məhbusların azad edilməsi və hava hücumlarında atəşkəsin bağlanması, daha sonra dənizdə buna nail olunması, sonda yekun razılaşmanın əldə olunması;

Ukraynanın bu mövqeyi danışıqlar masasında kənarda qalmaq riskindən qaynaqlanır, xüsusilə Ağ Evdəki problemdən sonra. Eyni zamanda, London sammitindən çıxan “ABŞ-a müraciət etmək” qərarı Zelenskini Tramp Administrasiyası ilə münasibətləri yoluna qoymağa sövq edən amildir. Onun sülhlə bağı dedikləri Makronun Vaşinqtona ünvanladığı plana uyğundur. İstisna deyil ki, Avropada Kiyevə yekunda bütün qapıların Vaşinqtona çıxdığı izah edilib.

- Ukrayna faydalı qazıntılarla bağlı sazişi “istənilən vaxt və istənilən əlverişli formatda” imzalamağa hazırdır: “Biz bu sazişi daha böyük və güclü təhlükəsizlik təminatlarına doğru atılan addım kimi görürük”, - Zelenski bildirib.

Bu, Kiyevin “saziş əvəzinə təhlükəsizlik zəmanəti” şərtindən geri çəkildiyi və Vaşinqtonun “Amerika investisiyasının Ukraynada olması təhlükəsizlik zəmanətidir” mövqeyinə yaxınlaşdığının işarəsi hesab oluna bilər.

Bu kontekstdə iki informasiya önəmlidir.

Seçilən
7
publika.az

1Mənbələr