Ukrayna prezidenti Vladimir Zelenski hakimiyyətdən imtina edə bilər.
Publika.az xəbər verir ki, bunu politoloq Sergey Markov deyib.
O, Zelenskinin avropalı həmkarlarının da onu buna çağırdığını istisna etməyib.
“Belə bir ssenari mümkündür. Birincisi, Zelenski açıq-aydın yorğundur: o, artıq üç ildir ki, böyük stress keçirir. O da aydındır ki, onun karyerası indi tənəzzüldədir: o, çox böyük çətinliklərlə üzləşib, populyarlığı aşağı düşüb və ABŞ prezidenti açıq şəkildə ona qarşı çıxır. Avropa ölkələrinin liderlərinin Zelenskini dəstəkləməsinə baxmayaraq, ola bilsin ki, şəxsi söhbətlərində onlar da ona getməyi məsləhət görürlər”, – politoloq qeyd edib.
Markovun fikrincə, Ukrayna prezidentinin vəzifədən getdikdən sonra taleyi mütləq faciəli olmamalıdır. Məsələn, o, təhlükəsizlik və toxunulmazlıq zəmanəti tələb edə bilər: