Azərbaycanı UFC-də təmsil edən Rafael Fiziyev növbəti döyüşünü keçirmək üçün ABŞ-ın Las Veqas şəhərinə gəlib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançı bu şəhərə yaşadığı Tailanddan öz komandası ilə gəlib.

O, hazırlıq prosesini qarşıdakı 2 gündə yekunlaşdıracaq. Martın 8-də ənənəvi çəkiölçmə mərasimində və mətbuat konfransında iştirak edəcək. 

R.Fiziyev yerli idmançı Castin Qeyci ilə qüvvəsini martın 9-da Bakı vaxtı ilə saat 7-də sınayacaq. Döyüş Las Veqasdakı "T-Mobile Arena"da olacaq.

Xatırladaq ki, bu görüş Rafael üçün revanş xarakteri daşıyır. Həmvətənimiz 2023-cü ilin martında C.Qeyciyə Londonda uduzub.