Çin müdafiə xərclərini ötən illə müqayisədə 7,2 faiz artırmağı planlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının açılışında hökumətin hesabatı təqdim edərkən deyib. Dövlət büdcəsi layihəsində müdafiə xərcələri 1,784 trilyon yuan (249 milyard ABŞ dolları) nəzərdə tutulub.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinin son 10 ildir müdafiə büdcəsinin artım göstəricisi birrəqəmli olub. Ötən il də bu rəqəm 7,2 faiz olub. Ölkənin müdafiə xərcləri uzun illərdir ümumi daxili məhsulun (ÜDM) 1,5 faizindən aşağıdır. Bu, dünya üzrə ortaq rəqəmdən aşağıdır.