AZ

Uşaqlıq dostunu bıçaqlayan şəxsə həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərid Fətəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 23 fevral 2024-cü il tarixdə, saat 23:30 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Fərid Fətəliyev uşaqlıq dostu olan zərərçəkmiş Rüfət Qəribovla (soyadı şərti) 32 nömrəli tam orta məktəbin yaxınlığında görüşüb heç kəsin olmadığı yerdə dayanıb söhbət edib. Bu zaman o, sərxoş halda olan zərərçəkmiş şəxslə mübahisə etməyə başlayıb. Sonra Rüfət üzərində gəzdirdiyi suvenir tipli xəncəri cibindən çıxarıb onu vurmağa cəhd edib. Fərid də onu cəzalandırmaq məqsədilə özü ilə əvvəlcədən gətirdiyi turist bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək, ağır zərər vurub.

 

Hadisədən sonra Fərid Fətəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Fərid Fətəliyev Bərdə Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinib, 1 il 1 ay müddətə azadlıqdan məhrum edilmişdi. Hadisə zamanı onun məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmişdi.

 

Kamal Məmmədov

Tarix: 5 Mart 2025, 09:27   
Seçilən
42
pravda.az

1Mənbələr