Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, turun son oyun günündə bir görüş baş tutacaq. "Neftçi" Tovuzda "Kəpəz"in qonağı olacaq.
Ötən həftə Gəncə təmsilçisini üstələməklə kubokda mərhələ adlayan "ağ-qaralar" çempionatda da uğurlu olmağı hədəfləyirlər. "Səbail"lə elitada qalmaq uğrunda mübarizə aparan qərb klubu da bu görüşdən xal və ya xallarla ayrılmağa çalışacaq.
Qeyd edək ki, turun baş tutan qarşılaşmalarında "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u səfərdə 2 cavabsız qolla məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçında isə 2:2 hesabı qeydə alınıb.