AZ

Cari vergi ödəmələrinin hesablanması haqqında arayış bölmələrdən ibarətdir

Cari vergi ödəmələrinin hesablanması haqqında arayış bölmələrdən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Cari vergi ödəmələrinin hesablanması haqqında arayış Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi ödəyicisinin tam adı, il ərzində seçdiyi metodun növü, uçot metodu, sahibkarlıq subyektinin bölgü meyarı, vergi dövrü, arayışın növü və digər məlumatlar əks olunur;

– “Cari vergi ödəmələrinin hesablanması” bölməsində Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə əvvəlki hesabat ilində vergiyə cəlb olunan (xərclər nəzərə alınmadan)  gəlir, hesablanmış mənfəət (gəlir) vergisi, mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi, cari rübdəki vergiyə cəlb olunan (xərclər nəzərə alınmadan)  gəlirin həcmi, cari rübdəki güzəşt edilən və azadolunan mənfəət (gəlir) məbləği, cari vergi ödəməsinin həcmi,  azaldılmalı vergi məbləği nəzərə alınmaqla ödənilməli cari vergi ödəməsinin həcmi, Vergi Məcəlləsinin 151.5-ci maddəsi üzrə hesabat ili üzrə artan yekunla gəlirlərin həcmi, o cümlədən hesabat ili üzrə artan yekunla güzəşt edilən və azadolunan gəlirin həcmi, hesabat ili üzrə artan yekunla xərclərin həcmi, o cümlədən hesabat ili üzrə artan yekunla vergidən azad olunan və ya vergiyə cəlb edilməyən fəaliyyətlə bağlı bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılmayan məbləğlərinin cəmi, hesabat ili üzrə artan yekunla vergiyə cəlb olunan mənfəətin (gəlirin) həcmi, hesabat ili üzrə artan yekunla güzəşt edilən və azadolunan mənfəətin (gəlirin) həcmi, mənfəət (gəlir) üzrə kompensasiya edilməli keçmiş illərin zərəri, cari vergi ödəməsinin həcmi və  azaldılmalı vergi məbləği nəzərə alınmaqla ödənilməli cari vergi ödəməsinin həcmi barədə məlumatlar əks olunur.

Seçilən
29
heftelik.az

1Mənbələr