Türkiyəli iş adamı Acun Ilıcalı məhkəməlik olub.
Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Acun Ilıcalının "TV8", "Exxen" platformalarında və Sadettin Saranın "S Sport+" platformasında yayımlanan futbol yayımlarında virtual reklam üsullarından istifadə edilməklə qanunsuz mərc saytlarının reklam edildiyinə dair iki ayrı ittiham aktı hazırlayıb.
7258 saylı qanun pozulduğu üçün tərəflər hakim qarşısına çıxacaq. Onların 1 ildən 3 ilə qədər həbs cəzası tələb olunur.