Dövlət ittihamçısının ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.
Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir.