Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
Senzor.az-ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində olub.
Belə ki, 1990-cı il təvəllüdlü S.Müseyibova, 1999-cu il təvəllüdlü S.Hüseynli, onun bacıları - 2000-ci il təvəllüdlü M.Hüseynova və 2004-cü il təvəllüdlü X.Hüseynova dəm qazından boğularaq ölüblər.
Onların həmin evdə kirayədə qaldıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.