Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində hərbi obyektinə b*mba yüklü avtomobillə hücum həyata keçirilib.
News24.az xəbər verir ki, hücumda 4-ü uşaq, 2-si qadın olmaqla ümumilikdə 15 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Səlahiyyətlilər, partlayıcı yüklü iki maşının obyektin divarına çarparaq partladığını, partlayışdan sonra obyektə girməyə cəhd edən 6 t **rorçunun zərərsizləşdirildiyini bildirib.
Partlayışlar nəticəsində bir məscidin qismən dağıldığı, bir evin damının uçduğu bildirilib. Hücumun Pakistan T alibanı kimi tanınan T əhrik-e-T aliban Pakistan tərəfindən həyata keçirildiyi güman edilir.
Günel Məlikzadə