AZ

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasındatelefon danışığı aparılıb.

Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətindən məlumatverilib.

Telefon danışığı zamanı ölkələrimiz arasında stratejitərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm dəçoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional vəbeynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika,turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişafedəcəyinə əmin olduqlarını vurğulayıblar.

Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalardaəməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikirmübadiləsi aparılıb.

Tərəflər müqəddəs Ramazan ayının başlaması münasibətilətəbriklərini, ən səmimi arzu və diləklərini çatdırıblar.

Məqalədə:
Seçilən
22
35
az.trend.az

10Mənbələr