AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 47 şübhəli ələ tutulub

Son 2 həftədir Türkiyənin 22 vilayətində İŞİD terror təşkilatına qarşı davam edən "Gürz-48" əməliyyatlarında 47 şübhəli tutulub.

İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

“Ölkəmizin hər bir bölgəsində sülh və əmin-amanlığın təmin edilməsi üçün ilin 365 günü gecə-gündüz terror təşkilatlarına qarşı əməliyyatlarımızı davam etdiririk”, - nazir qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
23
ikisahil.az

1Mənbələr