Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəyanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyəFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq FHN Mətbuatxidmətindən məlumat verilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
"Əlavə məlumat veriləcək", - deyə FHN-dən bildirilib.