Dövlət Proqramı İdarəetmə Qrupu Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis (qısamüddətli – 6 aylıq) vakansiyası elan edir.Bu barədə DP-dən TƏHSİL.BİZ -ə məlumat verilib.İş öhdəlikləri:• Dövlət proqramı üçün qəbul planlarının hazırlanmasında dəstək göstərilməsi;• Proqrama müraciət edənlərin məlumatlarını yoxlanılması və namizədlərin qəbul prosesinin yekunlaşması üçün tələb olunan akademik məlumatları ilə bağlı problemlər, çatışmayan sənədlər və s. barədə məlumatlandırılması;• Müsahibədə iştirak edən ekspertlərin məlumat bazasının yenilənməsinin təmin edilməsi;• Namizədlərin seçiminin aparılması üçün müsahibələrin təşkilinin həyata keçirilməsi;• Qəbul zamanı vətəndaş sorğularının cavablandırılması;• Seçilmiş namizədlərlə oriyentasiya görüşünün keçirilməsində dəstək göstərilməsi;• Tərəflər arasında müqavilələrin imzalanmasının təmin edilməsi;• Təqaüdçülərin təhsilinin maliyyələşdirilməsi üçün müvafiq sorğuların maliyyə şöbəsi ilə əlaqələndirilməsinin təmin edilməsi;• İkitərəfli müqavilə üzrə proqram iştirakçılarının öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və vəziyyətə dair mütəmadi arayışların hazırlanması;• Müvafiq məlumat mənbələrinin yenilənməsinin təmin edilməsi;• Müvafiq statistik hesabatların hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi;• Tələbələrin məzun bazasının formalaşdırılmasının təşkil edilməsi;• Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.QEYD: CV-lərinizi “Proqram mütəxəssisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta