AZ

Çin iqlim dəyişikliyi ilə mübarizə üçün böyük layihələr hazırlayacaq- ÖZƏL

Çin hökuməti karbon emissiyalarının zirvə həddinə çatması və karbon neytrallığına nail olunması istiqamətində genişmiqyaslı ekoloji layihələr həyata keçirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə martın 5-də Reuters agentliyi məlumat yayıb.

Rəsmi hesabatda bildirilir ki, ölkə yeni dəniz külək elektrik stansiyalarını inkişaf etdirməyi və "yeni enerji bazalarının" tikintisini sürətləndirməyi nəzərdə tutur.

"Çin karbon emissiyalarının zirvə həddinə çatması və karbon neytrallığına nail olunması üçün aktiv və ehtiyatlı addımlar atacaq", - deyə sənəddə vurğulanır.

Bundan əlavə, ölkədə kömür elektrik stansiyalarında azkarbonlu texnologiyaların sınaqdan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin 2023-cü il noyabrın 17-də San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində çıxışı zamanı "yaşıl inkişaf" yoluna sadiq qalmağın vacibliyini vurğulamışdı. Onun sözlərinə görə, insan və təbiətin ahəngdar şəkildə birgə mövcud olması təmin edilməlidir ki, mövcud mürəkkəb iqlim şəraitində ekoloji tarazlıq pozulmasın.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
olaylar.az

1Mənbələr