AZ

Ərəb ölkələri Fələstin xalqının yanında olmalıdır - Əhməd əl -Şəraa

BAKI, TurkicWorld

Suriya Prezidenti Əhməd əl Şaraa Qəzzada baş verənlərin bütün bölgə üçün həyəcan siqnalı olduğunu və Fələstin xalqının köçkünlük çağırışlarının bütün ərəb millətinə təhdid təşkil etdiyini bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Suriya lideri bu fikirləri Misirin paytaxtı Qahirədə keçirilən Fələstin üzrə Ərəb Liqasının Fövqəladə Sammitində çıxışı zamanı səsləndirib.

Prezident Şaraa vurğulayıb ki, Suriyanın Ərəb Liqasına qayıdışı ölkəsinin bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün öhdəlik götürdüyünün göstəricisidir.

“Bu gün biz Fələstin xalqının qanı bahasına regionun xəritəsini yenidən çəkmək istəyən planların həyata keçirilməsinə cəhdlərin şahidi oluruq”, – deyə o bildirib.

Suriya Prezidenti, həmçinin, fələstinlilərin didərgin salınması ilə bağlı çağırışları kəskin şəkildə pisləyib.

“Fələstin xalqının köçürülməsinə dair çağırışlar bütün ərəb milləti üçün təhlükədir. Biz bu planları rədd edirik”, – Şəra vurğulayıb.

Suriya Prezidenti Qəzzədəki vəziyyətin regionun gələcəyi üçün təhlükəli olduğunu bildirib.

“Fələstinlilərin məcburi köçkünlüyü onları öz torpaqlarından qoparmağa yönəlmiş daha genişmiqyaslı layihənin bir hissəsidir. Bu gün Qəzzada baş verənlər bizim hamımız üçün oyanış çağırışıdır. Ərəb dövlətləri birləşməli və Fələstin xalqına qarşı məsuliyyətlərini dərk etməlidirlər”. - – deyə o qeyd edib.

Bundan əlavə, o, Qəzzədəki vəziyyətə toxunaraq, Suriyanın yardıma hazır olduğunu vurğulayıb.

“Biz Qəzzəyə yardım etməyə və hücumlara son qoyulması üçün səylərimizi artırmağa hazırıq. Suriya xalqı azadlıq və ədalət uğrunda mübarizədə fələstinli qardaşlarının yanında olacaq”, – Şəra bildirib.

Suriya Prezidenti ölkəsinin Fələstin xalqının öz torpaqlarına qayıtmaq və öz müqəddəratını təyin etmək hüququnu tam dəstəklədiyini vurğulayıb. O, İsrailin Suriyanın hüquqlarını davamlı şəkildə pozduğunu da qeyd edib.

“İsrail 1967-ci ildən bəri Colan təpələrini işğal altında saxlayır və xalqımızın haqlarını kobud şəkildə pozur. İsrailin regionda törətdiyi qanunsuzluqlar sülh üçün ciddi təhlükə yaradır”, – deyə Suriya lideri bildirib.

Şaraa beynəlxalq ictimaiyyəti İsrailin Suriyanın cənub bölgəsindən dərhal geri çəkilməsi üçün təzyiqləri artırmağa çağırıb.

O, həmçinin, Suriyanın 1974-cü ildə İsraillə imzalanmış “Güclərin Ayrılması Müqaviləsi”nə sadiq qaldığını, lakin İsrailin bu sazişi pozmasının qəbuledilməz olduğunu vurğulayıb.

Seçilən
41
turkic.world

1Mənbələr