Bakı. Trend:
“Unibank” KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.“Unibank”ın İdarə heyətinin sədri Fərid Abuşovla UNEC rektoru,professor Ədalət Muradov arasında imzalanan memorandum banklauniversitet arasında müasir təhsil proqramları sahəsindəəməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgəhəyata keçirilməsi, biznes proseslərində təhsil və informasiyatexnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans vədigər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanınınyaradılması, sosial layihələrin işlənməsi və digər istiqamətlərinəzərdə tutur.
Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən Unibanksədri Fərid Abuşov, UNEC-lə əməkdaşlığın perspektivləriniqeyd edərək, bankın universitet tələbələrinin peşəkar mütəxəssiskimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsindədəstək olacağını qeyd edib. Fərid Abuşov bildirib ki, ölkə banksektorunda ən yaxşı bank məktəbləri sırasında olan Unibank, peşəkarbank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyəmalikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsilbiliklərini bu dəyərli təcrübə əsasında daha da dərinləşdirməyəimkan yaradacaq.
UNEC haqqında ətraflı məlumat verən rektor ƏdalətMuradov, universitetdə son illərdə həyata keçirilənyeniliklərdən, universitetin hədəflərindən söz açıb. Real sektorlabirbaşa ünsiyyətin əmək bazarının öyrənilməsi və təhsilin butələblərə uyğunlaşdırılması baxımından vacibliyini vurğulayanrektor, bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbəttəsirinin olacağına inandığını bildirib. “Unibank”la əməkdaşlığıngenişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, maliyyəsektoru ilə universitetin uzun müddətdir davam edən sıxəməkdaşlıqları və bu istiqamətlərdə görülən işlər barədə məlumatverib.
Görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan birgəlayihələrdən də danışılıb.