Göygöldə zəhərlənərək ölən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, ölənlərdən 1-i qardaş, 2-si bacı olmaqla 1999-cu il təvəllüdlü S. Hüseynli, 2000-ci il təvəllüdlü M. Hüseynova, 2004-cü il təvəllüdlü X. Hüseynova və 1990-cı il təvəllüdlü S. Müseyibovadır.
Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində kirayə evdə baş verib. Ölənlər həmən kəndə bir günlük istirahət üçün gəlibmişlər.
Faktla bağlı araşdırma aparılır.
Onların dəm qazından, yoxsa qida zəhərlənməsindən öldükləri dəqiqləşdirirlir.
***
09:19
Göygöldə 4 nəfər zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.