AZ

Ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq - 4SİM rəhbəri

Bakı. Trend:

Ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalqtərəfdaşlarla əməkdaşlığa başlamışıq.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənayeİnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçıdirektoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilinyekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyətistiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, qurumun 2024-cü ildə çox geniş spektrlifəaliyyəti olub: "Azərbaycan dünyada ilk dövlətdir ki, dövlətqurumu səviyyəsində 4SİM formalaşdırıb. Azərbaycan MDB məkanında bumərkəzə ev sahibliyi edən ilk ölkədir.

4-cü sənaye inqilabı sahəsində Ötən il 30 dan çox beynəlxalqtərəfdaşlarla əməkdaşlığa başlamışıq. Beynəlxalq tərəfdaşlardanöyrəndiyimiz təcrübələri yerli tərəfdaşlarla bölüşürük. Yerlitərəfdaşlarımızın sayı 100-dən çoxdur. Bu tərəfdaşlarla stratejiəməkdaşlıq çərçivəsində təbii ki Azərbaycanın mövqeyi daha dagücləndirilir".

Seçilən
35
1
az.trend.az

2Mənbələr