AZ

Reabilitasiya müəssisələrində müalicəvi bədən tərbiyəsi də tətbiq olunur

Bakı, 5 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində tətbiq olunan reabilitasiya prosedurlarından biri də müalicəvi bədən tərbiyəsidir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin prosedurun tətbiqi üçün reabilitasiya müəssisələri müasir tələblərə uyğun şərait və avadanlıqlarla təchiz edilib. Eyni zamanda, həmin müəssisələrdə müalicəvi bədən tərbiyəsi üzrə 80-dək əməkdaş əlilliyi olan şəxslərə xidmət göstərir.

Əlilliyi olan şəxslərin ən çox cəlb edildiyi bu reabilitasiya xidməti xəstəliklərin və zədələrin müalicəsində, onların kəskinləşmələrinin və ağırlaşmalarının profilaktikasında, fəaliyyət qabiliyyətinin bərpasında mühüm əhəmiyyət kəsb edir.

Reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərin iştirakı ilə müxtəlif idman yarışları və yoqa məşqləri də keçirilir.

Seçilən
12
azertag.az

1Mənbələr