AZ

Ağ Evdə tapılan narkotik Baydenə məxsusdur - Tramp

ABŞ prezidenti Donald Tramp Ağ Evdə tapılan kokainin Co Baydenə və ya oğlu Hanterə aid olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, Tramp bu barədə "The Spectator"a danışıb.

O, kokainin tapıldığı yerdə bütün barmaq izlərinin silindiyini deyib:

"Orada pis bir şey olduğu üçün bu məsələyə yenidən baxacağam. Bu, ya Coya, ya da Hanterə aiddir. Bəlkə də elə Coya məxsusdur".

Xatırladaq ki, 2 iyul 2023-cü ildə ABŞ Məxfi Xidməti Ağ Evdə şübhəli maddə tapıb. Onun kokain olduğu ortaya çıxıb. Hadisə Ağ Evdə gücləndirilmiş təhlükəsizlik xəbərdarlığına və qısa evakuasiyaya səbəb olub. Hadisə baş verən və təxliyə edilən zaman Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.

Məxfi Xidmətin hadisə ilə bağlı araşdırmasını başa çatdırdığı, lakin kokainin mənşəyini tapa bilmədiyi bildirilir. /Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
4
olaylar.az

5Mənbələr