Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb. Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub. Qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdir.
Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta