AZ

EBRD Azərbaycandakı aktiv portfelini 1,08 milyard avroya yüksəldib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla müqayisədə 2,8% (30 milyon avro) artaraq 1 milyard 82 milyon avroya çatıb. İcra edilən aktiv layihələrin sayı isə 33-dən 34-ə yüksəlib.

Finss.az-ın məlumatına görə, EBRD-nin Azərbaycandakı investisiyaları əsasən dayanıqlı infrastruktur sahəsinə yönəlib. Bankın investisiya portfelinin strukturu belədir:

  • 92% (995 milyon avro) – dayanıqlı infrastruktur yatırımları
  • 5% (54 milyon avro) – sənaye, ticarət və aqrobiznes investisiyaları
  • 3% (33 milyon avro) – maliyyə institutlarına yatırımlar

Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi əvvəlki ayla müqayisədə 0,4% artaraq 751 milyon avro təşkil edib.

EBRD indiyədək Azərbaycana 196 layihə çərçivəsində 4,059 milyard avro həcmində investisiya yatırıb. Bu vəsaitin 82,1%-i (3,333 milyard avro) artıq borc götürənlər tərəfindən mənimsənilib. Ölkəyə edilən ümumi investisiyalarda özəl sektorun payı 36%-ə yüksəlib.

Fuad Mədətov
Finss.az

Seçilən
23
fins.az

1Mənbələr