AZ

İngiltərə nəhəngi "Real"ın ulduzunu transfer edir

"Mançester Yunayted" "Real" ın qapıçısı Andrey Lunini transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" kamerunlu qapıçı Andre Onananın çıxışından razı deyil. İngiltərə nəhəngi kamerunlu futbolçunu Luninlə əvəzləmək istəyir. Məlumata görə, transfer mövsümün sonunda reallaşa bilər.

Qeyd edək ki, Andrey Lunin bu mövsüm "Real"da 9 oyunda 12 qol buraxıb. Kurtua zədəsini sağaldandan sonra Lunin heyətdəki yerini itirib. Luninin "Real"la müqaviləsi 2023-cu ildə yekunlaşır.

Seçilən
27
metbuat.az

1Mənbələr