Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin həlli planını təqdim etmək üçün Ukrayna lideri Vladimir Zelenski ilə birlikdə ABŞ-a getməyə hazırdırlar...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail№ qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Diplomatik mənbələr bildiriblər ki, Kir Starmer və Emmanuel Makron gələn həftə prezident Zelenski ilə birlikdə Vaşinqtona səfər etməyə hazırdırlar”, deyə nəşr yazır.
Qəzet qeyd edir ki, Ağ Ev prezident Zelenskinin müharibəyə son qoymağa dair razılaşmanın “hələ çox, çox uzaqda” olduğu barədə əvvəlki açıqlamalarından qəzəblənib.
Poliqon.info