Rusiyada maraqlı hadisə baş verib. "Gazeta"nın yaydığı məlumata görə, Kursk vilayətinin Nikolayevo-Daryino kəndinin sakinləri 6 aydan çox zirzəmilərdə körpəyə qulluq edərək ukraynalı əsgərlərdən gizləniblər.
Rusiya Federasiyası İstintaq Komitəsinin hərbi müstəntiqləri tərəfindən aparılan dindirmə zamanı bir qadın bildirib ki, o, qonşuları ilə avqustun 6-dan, Ukrayna Silahlı Qüvvələrinin (VSU) Kursk vilayətini işğal etdiyi vaxtdan fevralın 5-dək zirzəmilərdə həyat keçiriblər.
Qadın onu da bildirib ki, Ukrayna əsgərləri yerli sakinlərin gizləndiyi bir neçə zirzəmini dağıdıblar. Salamat qalan sığınacaqlardan birində isə ərzaq məhsulları olmayıb. Amma belə bir məkanda bir körpə də daxil olmaqla yeddi nəfər qalıb.
"Yerli sakinin sözlərinə görə, onun qonşusu Svetlana Podxalyuzanın girişi dağıdılmış zirzəmiyə düşübmüş. Lakin zirzəminin özü qorunub saxlanılıb. Qadın sığınacağa yemək daşımaq və uşaq da daxil olmaqla hər kəsi qidalandırmaq üçün mərmi və dronların altında həyatını riskə atıb", sayt yazıb.
Tural