AZ

Oruc tutanlara DİETOLOQ MƏSLƏHƏTİ

Tanınmış həkim-dietoloq, diet kitablarının müəllifi, uzunömürlülük üzrə exspert Leyla Zülfüqarlı Ramazan ayında oruc tutanlar üçün sağlam qidalanma formalarını açıqlayıb.

 

Həkim Pravda.az-a müsahibəsində deyib ki, Ramazan ayında oruc tutmaqla təkcə nəfsə hakim kəsilmir, həm də haramdan uzaq duraraq saflaşmağa çalışılır.

 

 

L.Zülfüqarlının sözlərinə görə, bu saflaşma həm fikirlərin, əməllərin, həm də paralel olaraq orqanizmin təmizlənməsidir: “İnsan ac qaldıqda, orqanizmdə autofaqiya – hüceyrələrin öz-özünü yeniləməsi prosesi baş verir. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii prosesdir. Bu prosesin davamında insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və daxildə zədələnmiş, köhnəlmiş hüceyrələri təmizləyir. Araşdırmalara görə, 8 saat, maksimum 16-20 saat ac qaldıqda qaraciyər hüceyrələri özünü yeniləməklə yanaşı, bu orqanda reabilitasiya prosesi başlayır. Bədəndə qlükoza ehtiyatının xərclənməsi nəticəsində faydasız yağ toxumaları parçalanır. Autofaqiya çox unikal bir proses olaraq orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir”.

 

Həkim bildirib ki, Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizliklə bağlı narahatlıqlar yaranır: “Bu, həmin şəxslərin orucluqda düzgün qidalanmamalarının nəticəsidir. Dietologiya elmi Allahın buyurduqları ilə çox bənzərdir. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin sayıla bilər. “Köklüyün sirri-arıqlamağın açarı” adlı kitabımda Ramazanda düzgün qidalanma haqqında geniş yazmışam. Bu gözəl ayda insanları saf və sağlam olmağa çağırıram".

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2025, 10:45   
Seçilən
36
pravda.az

1Mənbələr