AZ

Paytaxtda qalanan tonqal həkimin avtomobilini külə döndərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda maşın yanıb, sürücüyə 15 min manatdan çox ziyan dəyib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında maşın yanıb.
Hadisənin dünənki Od çərşənbəsi zamanı yandırılan tonqalın qalıqlarının tamamilə söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.
Məlumata görə, bu gün klinikanın həkimlərindən biri avtomobili klinikanın qarşısında saxladıqdan bir neçə dəqiqə sonra maşında yanğın başlayıb. Nəticədə nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər və hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Aləmdə Nəsib
Seçilən
20
6
oxu.az

8Mənbələr