AZ

Neft emalı zavodunda yanğın: 3 təcili yardım briqadası cəlb olundu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00-da Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbindən çağırış daxil olub.

Bu barədə "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

"Cebheinfo.az"

Seçilən
15
2
cebheinfo.az

4Mənbələr