“Trabzonspor” 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi təşəbbüs həyata keçirib.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, “Hatayspor” ilə keçiriləcək Super Liqanın 27-ci tur matçını qadın azarkeşlər pulsuz izləyə biləcəklər.
Bildirilib ki, bu güzəşt şərq tribunası və qapı arxası yuxarı sektorlar üçün keçərlidir. Pulsuz biletlər Meydan və Stadion Passolig kassalarından əldə edilə bilər. Lakin oyuna giriş üçün Passolig kartı tələb olunur.