AZ

Süleymanlı Moskvada heç-heçə edib

Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı altıncı turda rusiyalı Artem Pinginlə heç-heçə edib.

O, 3,5 xal toplayıb və 46-cı yerdə qərarlaşıb. Digər təmsilçimiz Rəvan Əliyev ondan yarım xalı az toplayıb.

Altı şahmatçı 5 xalla liderlər qrupda qərarlaşıb. Onların arasında Yan Nepomnyaşi (Rusiya), Rixard Rapport (Macarıstan), Hans Niemann (ABŞ) da var.

İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr