AZ

“Qarabağ”ın futbolçusu xanımına lüks maşın aldı - VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Al Qrin ABŞ Prezidenti Donald Trampın Konqresin birgə iclasındakı çıxışını kəsdiyi üçün palatadan uzaqlaşdırılıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Trampın çıxışının əvvəlində Nümayəndələr Palatasının zalında maraqlı hadisə yaşanıb. Nümayəndələr Palatasının demokrat üzvü Qrin Nümayəndələr Palatasının spikeri Mayk Consonun xəbərdarlığına baxmayaraq, Trampın çıxışını yarımçıq kəsməyə çalışdığı üçün təhlükəsizlik işçiləri tərəfindən salondan uzaqlaşdırılıb. Bu arada demokratlar Trampı “yuhlayıb”, respublikaçılar isə ABŞ şüarları səsləndiriblər. 

Conson Qrin zaldan çıxarılmazdan əvvəl "Üzvlərin tədbiri qəsdən pozmaqda davam etdiyini görən Prezident indi mühafizəçilərə asayişi bərpa etməyi və bu cənabı zaldan çıxarmağı tapşırır",- deyib. Qrin zaldan çıxarıldıqdan sonra Tramp çıxışına davam edib. 

Seçilən
41
cebheinfo.az

1Mənbələr