Olaylar.az The Wall Street Journal-a istinadən xəbər verir ki, bu məlumat Amerika Prezidentliyi Layihəsinin (American Presidency Project) statistikasına əsaslanır.
Trampın nitqi təxminən 1 saat 39 dəqiqə davam edib. Bundan əvvəlki rekord 2000-ci ildə 89 dəqiqəlik çıxışı ilə Bill Klintona məxsus idi. Trampın 2019-cu ildəki çıxışı isə 1 saat 22 dəqiqə çəkmişdi. Qeyd olunur ki, bu müddətə alqışlar və fasilələr də daxildir.
Prezidentin cari müraciəti ənənəvi formatdan fərqlənib. Adətən, bu çıxışlar ilin nəticələrini dəyərləndirmək və növbəti ilə dair planları açıqlamaq üçün istifadə olunur. Lakin Tramp cəmi bir neçə həftə əvvəl, yanvarın 20-də vəzifəyə başladığı üçün onun çıxışı bu qaydalara tam uyğun olmayıb.