AZ

Rusiyanın Hindistana neft satması çox çətinləşib

Hindistan limanları sanksiyalara məruz qalan gəmilərdə Rusiyadan neft qəbul etmir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bir çox Hindistan limanları son həftələrdə limanlardan Rusiya neft daşımalarının həcminin üç ayın ən yüksək səviyyəsinə - gündə 3,09 milyon barelə yüksəlməsinə baxmayaraq, Qərbin sanksiyaları altında olan gəmiləri qəbul etmir.

Agentliyin yazır ki, gəmilər həftələrlə dənizdə qalmağa, yüklərin boşaldılmasını gözləməyə məcbur olurlar. Bu gün təxminən 12 milyon barrel Arktika xam nefti bir neçə aydır dənizdəki gəmilərdə qalıb. Həmçinin, Saxalindən təxminən 7,7 milyon barel neft iki həftədən çoxdur ki, tankerlərdə qalıb ki, bu da adi çatdırılma müddətindən iki dəfə çoxdur.

Bu fonda isə neft daşıyan tankerlərin qiyməti artıb. Qara dəniz üçün bir milyon barel xammal üçün qiymət 7,9 milyon dollardır. Dekabr ayında isə qiymət 5,6 milyon dollar olub.

Bloomberg-in məlumatına görə, ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının tətbiq etdiyi sanksiyalardan əvvəl Hindistan Arktikadan Rusiya neftinin 60%-ni alıb. İndi, daşımalar gizli şəkildə Oman sahillərində yenidən yüklənir və yeni daşıyıcıların Çinə getməsi ehtimalı var.

Fevralın sonunda Bloomberg “Kpler” analitik şirkətinin məlumatlarına istinadən yazıb ki, Hindistana fevral ayında Rusiya neftinin idxalı 1,4 milyona olub ki, bu da 2023-cü ilin yanvarından bəri ən aşağı səviyyədir.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr