Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev, UFC 313 turniri öncəsi açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, döyüşməyin onun üçün adi hala çevrildiyini bildirib.

“11-12 yaşımdan bəri döyüşürəm. Həvəskar döyüşəndə də belə olurdu. Gələn həftə çempionat var? Gedək döyüşək. Mənə görə bu, gündəlik iş kimidir”, – deyə Fiziyev vurğulayıb.

Qeyd edək ki, Rafael Fiziyev 9 martda UFC 313 çərçivəsində növbəti döyüşünə çıxacaq. Onun rəqibi amerkalı Castin Qeyci olacaq.