Misir Qəzzanın yenidən qurulması üçün 5 illik bir plan hazırlayıb.
Bakıvaxtı.az bu barədə xarici KİVə istinadla xəbət verir.
Məlumata görə, 91 səhifəlik planın dəyəri 5 il ərzində təxminən 53 milyard dollar olacaq.
Planda İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində yaranan ümumi maddi zərərin 29,9 milyard dollar olduğu qeyd edilir. Ən böyük zərər isə 15,8 milyard dollarla mənzil sektoru üzərindədir. 30 min evin zədələndiyi, bunlardan 272 mininin tamamilə dağıldığı vurğulanır. Sağlıq və təhsil sektorlarında da böyük itkilər olduğu bildirilir; xəstəxanaların yarısı tamamilə sıradan çıxıb, məktəblərin əksəriyyəti dağılıb.
Plan Qəzzanın yenidən qurulması üçün 3 mərhələli bir yol xəritəsi təklif edir və 2030-cu ilə qədər təxminən 3 milyon insanın yaşaya biləcəyi bir şəhər qurulması hədəflənir. İlk 6 ay üçün 3 milyard dollar ayrılması nəzərdə tutulur.
Nuriyyə Musayeva