AZ

"Hazırda Avropanın ən yaxşısı "Liverpul" yox, onlardır" - Arne Slot

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot komandasını Avropanın ən yaxşısı hesab edib-etməməsi ilə bağlı ona ünvanlanan sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" təcrübəli çalışdırıcının bu barədə dediklərini belə təqdim edib:

“Bu, çox gözəl iltifatdır, lakin heç nə demək deyil. Ən yaxşı komanda Çempionlar Liqasını qazanan komandadır və hazırda biz həqiqətən də qaliblər sırasında deyilik.

Hazırda Avropanın ən yaxşı komandası hələ də "Real Madrid"dir, çünki ötən il Çempionlar Liqasını qazanıblar. İnsanlar istədiklərini deyə bilərlər, lakin bizim üçün "ən yaxşı" bu titula layiq olmaq və bunun üçün qalib gəlmək deməkdir”. 

Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gü  PSJ ilə ilk oyuna çıxacaq. 

Mirağa

Seçilən
14
50
fanat.az

10Mənbələr