AZ

Binəqədidə silah-sursat aşkarlanıb

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində yerləşən qəsəbələrin birində 1 avtomat silahı və 27 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Seçilən
6
37
apa.az

10Mənbələr